Əziz Ələkbərli: Məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaqdır
Bakı, 1 may, AZƏRTAC
Qərbi Azərbaycan Televiziyasının işə başlaması İcmamızın fəaliyyətində yeni bir mərhələdir. Çünki İcma olaraq bizim əsas məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaq və bu məsələni dünya miqyasında təbliğ etməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.
Yeni yaranan televiziyanın önəm və missiyasına diqqət çəkən sədr bildirib ki, bunun Qərbi Azərbaycan həqiqətləri sırasında mədəni irsimizin ictimaiyyətə çatdırılmasında, tarixi torpaqlarımızdakı folklor mühitimizin, son 200 ildə soydaşlarımıza qarşı həyata keçirilmiş etnik təmizləmə siyasətinin, soyqırımlarının, erməni saxtakarlıqlarının ifşasında, tarixi ədalətin bərpasında və soydaşlarımızın tarixi yurd-yuvalarına qayıtmasında böyük rolu olacaq.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müşfiqabad qəsəbəsində 100-dən çox ağac əkilib
Əlilliyi olan 225 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyətinin Azərbaycana səfəri
ABŞ-ın Men ştatının nümayəndə heyəti ilə görüş keçirilib
Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb