×
A
A
A
Sazlamalar

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakı, 18 aprel, AZƏRTAC

Ağdamda minaatan qurğular aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Yeni Qaralar kəndi ərazisindən 2 minaatan qurğusu, 3 avtomat, 53 mərmi, 1 qumbara, 2 partladıcı detonator, 2000-dən çox patron və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Araşdırma aparılır.

Cəmiyyət 2024-04-18 08:38:00