“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim yekunlaşıb
Bakı, 30 aprel, AZƏRTAC
Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə COP29 ideyalarının yerli auditoriyaya çatdırılmasında aktiv iştirak edəcək jurnalistlər üçün silsilə təlimlər çərçivəsində “COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim yekunlaşıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimdə 2001-2010-cu illər arasında iqlim dəyişikliyi siyasətləri üzərində çalışmış, Türkiyəni UNFCCC COP-da müzakirəçi kimi, iqlim dəyişikliyi ilə bağlı müxtəlif beynəlxalq konfrans və tədbirlərdə təmsil etmiş, beynəlxalq ekspert Ayşe Özge Kepenek Bozkırlıoğlu, ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun Enerji və Dayanıqlı İnkişaf Proqramının baş elmi işçisi Əhməd Hümbətov, həmin institutda enerji və ekoloji siyasət, yaşıl enerji və iqlim dəyişikliyi, davamlı inkişaf və su ehtiyatlarının idarə edilməsi üzrə ixtisaslaşmış baş elmi işçi Həcər Hüseynova jurnalistlərlə müvafiq mövzuda geniş fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.
Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müşfiqabad qəsəbəsində 100-dən çox ağac əkilib
Əlilliyi olan 225 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyətinin Azərbaycana səfəri
ABŞ-ın Men ştatının nümayəndə heyəti ilə görüş keçirilib
Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb