×
A
A
A
Sazlamalar

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 7-də keçirilmiş Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, şagirdlər nəticələrini https://kenquru24.az/ saytında və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.
Müsabiqə ilə əlaqəli müraciətlər aprelin 23-dək [email protected] ünvanı vasitəsilə qəbul edilir.
Final mərhələsinə keçid balları Təhsil İnstitutunun saytında yerləşdirilib.

Elm və təhsil 2024-04-17 21:24:00