Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
Bakı, 17 aprel, AZƏRTAC
“Ladess Group” MMC-nin Rusiyadan idxal etdiyi "Stavropolskiy Broyler" MMC-nin “Nevinnomısskiy” filialının istehsalı olan ümumi çəkisi 19,2 ton dondurulmuş toyuq filesi məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Bu barədə AZƏRTAC-a Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonella bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.
Gürcü politoloq: Cənubi Qafqaz üçün sülh və sabitliyin alternativi yoxdur
Marneulidə “Milli dirəniş və azadlığa gedən yol” adlı fotosərgi və anım tədbiri keçirilib
İmişlidə yol qəzasında 2 uşaq həyatını itirib YENİLƏNİB