×
A
A
A
Sazlamalar

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və menecment fakültəsinin I kurs tələbəsi Nicat Kərimli karate üzrə dünya çempionu olub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, N.Kərimli Bolqarıstanın Albena şəhərində Şotokan Karate-do (WSF) üzrə gənclər arasında keçirilən 14-cü dünya çempionatında 75 kiloqram çəki dərəcəsində hər iki kateqoriyada mübarizə apararaq dünya çempionu olub.

Elm və təhsil 2024-04-17 18:21:00