×
A
A
A
Sazlamalar

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Bakı, 17 aprel, AZƏRTAC
2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən bəri Avropa İttifaqına üzv dövlətlərin hərbi büdcələri 20 faiz artıb.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bunu Brüsseldə keçirilən müdafiə sənayesi konfransında deyib. O, həmçinin səmərəliliyi artırmaq üçün Avropa müdafiə sənayesini Avrokomissiyanın rəhbərliyi altında birləşdirməyə çağırıb.
“Bizim hərbi büdcələrimiz 2022-ci illə müqayisədə 20 faiz artıb. Həmin vəsait son illər müdafiə sahəsindəki maliyyə çatışmazlığını kompensasiya etməyə başlayıb”, - deyə Ursula Fon der Lyayen çıxışında bildirib.
Onun sözlərinə görə, hərbi missiyaların yerləşdirilməsi ilə bağlı qərarların qəbulu üzv ölkələrinin səlahiyyətində qalmalı, lakin sifarişlərin istehsalı və paylanması Avropa preroqativinə çevrilməlidir.

Dünya 2024-04-17 17:02:00