İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO
Bakı, 17 aprel, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1982-ci il təvəllüdlü Səfərov Ramil saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onun üzərində 3 kiloqramdan çox tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.
R.Səfərov narkotik vasitəni sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi ilə əvvəlcədən müəyyənləşdirilən məkandan satış məqsədilə götürdüyünü bildirib.
Onun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması sahəsində əməliyyat tədbirləri davam etdirilir.
Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək
Şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb - SİYAHI
DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb