Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda görkəmli bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli, professor Süleyman Ələsgərovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Süleyman Ələsgərovun 100 illik yubileyinin Prezident İlham Əliyevin Sərəncamına əsasən geniş şəkildə qeyd olunduğunu bildirib. O, görkəmli bəstəkarın Azərbaycan professional musiqisində böyük irs qoyduğunu vurğulayıb.
Sonra Süleyman Ələsgərovun həyat və yaradıcılığına həsr olunmuş "Xəyala dalarkən..." sənədli televiziya filmi nümayiş etdirilib.
Sənətşünaslıq üzrə elmlər doktoru Leyla Zöhrabova, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Xalq artisti Ağaverdi Paşayev və digərləri çıxış edərək, Süleyman Ələsgərovun həyat və yaradıcılığından geniş söz açıblar.
Tədbir konsert proqramı ilə davam edib.
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub
Çinli jurnalist: Azərbaycanın çinli turistlərə təklif edəcəyi çox şey var VİDEO