×
A
A
A
Sazlamalar

Tarix Muzeyinin Vətən müharibəsi fondunda 3 min 328 inventar qeydə alınıb

Bakı, 17 aprel, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna 2024-cü ilin ilk rübü ərzində daxil olan materialların inventarlaşdırılması işi başa çatdırılıb. Hazırda fondda ümumilikdə 3 min 328 inventar qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov məlumat verib. O bildirib ki, fondda Birinci Qarabağ müharibəsinə, Aprel döyüşlərinə, Tovuz döyüşlərinə, 44 günlük Vətən müharibəsinə aid materiallar, ölkəmizin ərazi bütövlüyü naminə canlarından keçmiş Vətən övladlarına məxsus müxtəlif əşyalar qorunur.
Burada dövlət qurumları və digər müəssisələrdən muzeyə verilmiş materiallar, hərb tariximizə aid eksponatlar da yer alıb.

Elm və təhsil 2024-04-17 15:28:00