×
A
A
A
Sazlamalar

AMEA-nın prezidenti Tatarıstan Elmlər Akademiyasının institut direktoru ilə görüşüb

Bakı, 17 aprel, AZƏRTAC

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Tatarıstan Elmlər Akademiyasının (Rusiya Federasiyası) Arxeologiya İnstitutunun direktoru akademik Ayrat Sıtdıkovla görüşüb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, akademik İsa Həbibbəyli AMEA-nın elmi istiqamətləri, xüsusilə arxeologiya və antropologiya sahəsində aparılan tədqiqatlar, Azərbaycan arxeologiyasının tarixi, əldə etdiyi nəticələr, yeni yaradılan ekspedisiyalar və onların fəaliyyəti barədə söz açıb, ölkəmizdə bu elm sahəsinin daim diqqət mərkəzində olduğunu söyləyib. İşğaldan azad olunmuş ərazilərimizdə böyük miqyaslı arxeoloji qazıntı işlərinə start verildiyini diqqətə çatdıran AMEA rəhbəri artıq ilkin uğurlu elmi nəticələrin əldə edildiyini vurğulayıb. Akademik İsa Həbibbəyli aparılacaq tədqiqatların mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, böyük təcrübəyə malik olan Tatarıstan arxeoloq və antropoloq alimlərinin Azərbaycan arxeoloqları ilə birlikdə Qarabağda birgə tədqiqatlarda iştiraka dəvət edib.
Tatarıstan Elmlər Akademiyası Arxeologiya İnstitutunun direktoru akademik Ayrat Sıtdıkov rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, birgə tədqiqatların aparılmasında maraqlı olduqlarını diqqətə çatdırıb. Qonaq qarşılıqlı elmi bilik və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Elm və təhsil 2024-04-17 15:12:00