×
A
A
A
Sazlamalar

Bakıdan Dubaya uçan təyyarə əlverişsiz hava şəraiti səbəbindən geri qayıdıb

Bakı, 17 aprel, AZƏRTAC

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsiz hava şəraitinin fəsadları səbəbindən hava limanına qayıtmalı olub.
AZƏRTAC xəbər verir ki, AZAL Bakı-Dubay-Bakı reyslərinin bütün sərnişinlərinə əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə və ya “Azərbaycan Hava Yolları” aviaşirkətinin nümayəndəliklərinə müraciət etməyi tövsiyə edir.

İqtisadiyyat 2024-04-17 14:09:00