Politico: Britaniya XİN başçısı Baş naziri kölgədə qoymağa başlayıb
Bakı, 17 aprel, AZƏRTAC
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Baş nazir Rişi Sunakla uğurla rəqabət aparır və onu siyasi reputasiya baxımından sıxışdırmağa başlayır.
AZƏRTAC xəbər verir ki, bu iddia “Politico” nəşri tərəfindən irəli sürülüb. Qəzetin yazdığına görə, Kemeron bütün hökumətdə “xarici işlər baş naziri” kimi tanınır. Çünki Sunak ölkə daxilində bitib-tükənməyən siyasi böhranlarla mübarizə apararkən, xarici işlər naziri onun reputasiyasını tez-tez riskə atır.
“Politico”nun fikrincə, Devid Kemeron üstünlüyə dünya səhnəsindəki təcrübəsi və təmkinli davranışı sayəsində nail olur. Nümunə olaraq nəşr belə bir misal göstərir ki, bu yaxınlarda Britaniya parlamentarilərindən biri Kemerona təsadüfən “baş nazir” deyə müraciət edib.
Britaniya Xarici İşlər Nazirliyinin anonim əməkdaşlarından birinin fikrincə, Kemeron “real nəticələr və nəzərəçarpacaq irəliləyiş əldə etməyə çalışan” siyasətçidir.
Donald Tramp: Ölkəmiz çətin vəziyyətdədir
Xəzər dənizində suitilərin kütləvi tələfatı davam edir
Qazaxıstanda “isti asfalt” texnologiyası sınaqdan keçirilir
ABŞ-da ilk seçki məntəqəsində səsvermənin nəticəsi məlum olub