×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs saxlanılıb

Bakı, 17 aprel, AZƏRTAC

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik cinayətlərinə görə saxlanılmış Ceyhun Nağıyevin rayon ərazisində “Lexus” və “Toyota” markalı avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladığı müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dövlət qeydiyyat nişanları sahiblərinə qaytarılıb.
Həmin polis şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində bir nəfərə aid kartdan 3 min manat oğurlayan paytaxt sakini Azər Əliyev və avtomobildən 1500 manat pul, bank kartı və sənədlər oğurlayan Kənan Həsənov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Cəmiyyət 2024-04-17 11:23:00