Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib
Bakı, 17 aprel, AZƏRTAC
UEFA Çempionlar Liqasında yarımfinala yüksələn ilk iki komandanın adına aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, səfərdə 3:2 hesabı ilə PSJ-ni üstələyən "Barselona" bu dəfə rəqibini doğma meydanda qəbul edib. Fransa təmsilçisi cavab görüşündə 4:1 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.
Digər oyunda "Borussiya Dortmund" və "Atletiko Madrid" komandaları üz-üzə gəliblər. İlk matçda rəqibinə 2:1 hesabı ilə qalib gələn İspaniya təmsilçisi üstünlüyü qoruya bilməyib. Cavab görüşündə 4:2 hesabı ilə paytaxt klubunu məğlub edən almanlar yarımfinala vəsiqə qazanıblar.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər oyunları aprelin 17-də keçiriləcək.
Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur
Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub