Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər
Bakı, 16 aprel, AZƏRTAC
Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri aprelin 22-də planlaşdırılan görüşdə İranın İsrailə hücumu ilə bağlı vəziyyəti müzakirə edəcəklər.
AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel 27 icma ölkəsinin xarici işlər nazirlərinin Yaxın Şərqdəki vəziyyətlə bağlı videokonfransından sonra keçirilən brifinqdə deyib.
“Gələn bazar ertəsi Xarici İşlər və Müdafiə nazirlikləri rəhbərlərinin planlaşdırılan görüşü olacaq. Biz bu məsələni Fars körfəzindən olan həmkarlarımızla birlikdə müzakirə edəcəyik”, - deyə Avropa İttifaqının ali nümayəndəsi vurğulayıb.
Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib
“Telegram”da fişinq mənbələrinin sayı artıb
İspaniyada korrida üzrə milli mükafat ləğv edilib
Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb