Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub
Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 16-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
BMTM-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı AQEM qarşısında duran vəzifələr, mövcud regional və qlobal çağırışlar və onlara adekvat reaksiya mexanizmlərinin hazırlanması kimi məsələlər ətrafında müzakirələr aparılıb. Tərəflər AQEM Xarici İşlər Nazirləri Şurasının 2024-cü il 19 mart tarixli qərarı ilə Azərbaycan Respublikasının 2024-2026-cı illər üzrə AQEM sədri seçilməsini təsisatın gələcək fəaliyyət istiqamətləri və prioritetlərinin müəyyənləşdirilməsi baxımından müsbət addım kimi qiymətləndiriblər.
Görüşdə AQEM çərçivəsində fəaliyyət göstərən Beyin Mərkəzi Forumu ilə BMTM arasında əməkdaşlığın, akademik mübadilənin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Sonda Baş katibi Kayrat Sarıbay tərəfindən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyevə kitab təqdim edilib.
Azərbaycan-Serbiya əməkdaşlığının perspektivləri müzakirə olunub
Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb
Azərbaycanla Qırğız Respublikası arasında statistika sahəsində əməkdaşlıq müzakirə olunub
Ceyhun Bayramov İsrailin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr keçirilib