Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
Kiyev, 16 aprel, AZƏRTAC
Aprelin 16-da Ukrayna xarici işlər nazirinin müavini İrina Borovets Azərbaycan Respublikasının Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşüb.
AZƏRTAC Ukrayna Xarici İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, onlar ikitərəfli əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə edib, hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi təsdiqləyiblər.
Görüşdə İrina Borovets Ukraynanın enerji sisteminə və mülki infrastrukturun bərpasına göstərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa, xüsusilə Ukraynayönlü təşəbbüslərin dəstəklənməsinə və hərbi cinayətlərin pislənməsinə, ukraynalı uşaqların qanunsuz deportasiyasına, Beynəlxalq Krım Platformasına və Qlobal Sülh Sammitinə diqqət yetiriblər.
Səfir Seymur Mərdəliyev Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP 29-a hazırlıqla bağlı məlumat verib. Səfir, həmçinin Azərbaycanın Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün qorunmasına bundan sonra da dəstək vermək əzmində olduğunu bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Azərbaycan ilə Belarus arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb
Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
İslamabadda Azərbaycan və Pakistan arasında Birgə Komissiyanın 8-ci sessiyası işə başlayıb
Cahit Bağçı: Səfir kimi Azərbaycandakı fəaliyyətimi hər zaman qürurla xatırlayacağam