×
A
A
A
Sazlamalar

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 16-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdulla ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Görüş zamanı Elm və Təhsil Nazirliyi ilə UNICEF tərəfindən həyata keçirilən layihələr, həmçinin əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



 

 

Elm və təhsil 2024-04-16 19:03:00