×
A
A
A
Sazlamalar

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

Bakı, 16 aprel, AZƏRTAC

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Biləsuvar rayonu Xırmandalı kənd 1 nömrəli tam orta məktəbin şagirdi Lamiyyə Hacılı 300 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentlərdən biridir.
Bu barədə AZƏRTAC ilə təəssüratını bölüşən Lamiyyə Hacılı bildirib ki, 3-cü ixtisas qrupuna hazırlaşır:
“9-cu sinifdə buraxılış imtahanında Biləsuvar rayonu üzrə ən yüksək nəticə - 297 bal göstərdim. 11-ci sinifdə isə keçirilən buraxılış imtahanında tam nəticə göstərəcəyimə dəqiq inanırdım. Bunu 300 bal toplamaqla sübut etdim. Hüquqşünaslıq ixtisasına hazırlaşıram. Həmçinin bu il keçirilən fənn olimpiadasında tarix üzrə rayon turunun qalibi olmuşam. Atam tarix, anam isə Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Anam sertifikasiya imtahanında 57 bal toplayıb”.
Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş keçirilən buraxılış imtahanında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Elm və təhsil 2024-04-16 18:18:00