×
A
A
A
Sazlamalar

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sağlam qidalanmanın təşviqi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, AQTA ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında əməkdaşlıq çərçivəsində birgə tədbirlər həyata keçiriləcək, “Ana südü əvəzedilməzdir”, “Buğda ununun zənginləşdirilməsi” və bir sıra, o cümlədən xüsusilə də həssas əhali qrupundan olan uşaqları hədəf alan layihələr icra olunacaq.
Körpə və erkən yaşlı uşaqların qidalanması üçün nəzərdə tutulan məhsullarla bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində işlər görüləcək. Eyni zamanda, hamilə və süd verən anaların sağlam qidalanmasına töhfə verəcək elmi əsaslı məlumat toplusu hazırlanacaq.

Cəmiyyət 2024-04-16 18:11:00