×
A
A
A
Sazlamalar

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Bakı, 30 aprel, AZƏRTAC

Daxil olan vətəndaş müraciəti əsasında Cəlilabad rayonunun Göytəpə şəhərində fəaliyyət göstərən “Kamal” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı kafedə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb.
Qida emalı sahəsinin təmirsiz olduğu, qida məhsulları ilə təmasda olan səthlərdə təmizlik işlərinin aparılmadığı, obliqat qrupuna daxil olan işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib. Eyni zamanda, kafenin qida emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Cəmiyyət 2024-04-30 13:16:00