×
A
A
A
Sazlamalar

BDU-da “Gənclik həftəsi” başlanıb

Bakı, 16 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Gənclik həftəsi 2” layihəsinə start verilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, aprelin 19-dək davam edəcək layihənin məqsədi tələbələrin dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi, onlara könüllülük dəyərlərinin aşılanmasıdır.
Açılış mərasimində çıxış edən BDU-nun TGT sədri Ələkbər Həsənov gənclərin vətənpərvər, sağlam və intellektual ruhda inkişafı üçün belə layihələrin davamlı olacağını qeyd edib. “Gənclik həftəsi 2” çərçivəsində BDU tələbələrini dərsdən sonrakı vaxtlarını səmərəli keçirmək, əylənmək və öyrənmək məqsədilə müxtəlif fəaliyyətlər (oyunlar, yarışlar, təlimlər) gözləyir.
Layihədə fəal iştirakı ilə fərqlənən gənclərə hədiyyə və sertifikatlar veriləcək.

Elm və təhsil 2024-04-16 17:29:00