×
A
A
A
Sazlamalar

“İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının VI cildi nəşr olunub

Bakı, 16 aprel, AZƏRTAC

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Mirheydər Abbasovun “İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının VI cildi nəşr olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Kitabın VI cildində qeyri-üzvi birləşmələrin müxtəlif siniflərinin ən mürəkkəb nümunələri yer alıb və onların infraqırmızı spektrlərinin geniş analizi verilib.
Nəşr mütəxəssislər, müəllimlər və tələbələr üçün nəzərdə tutulub.

Elm və təhsil 2024-04-16 14:53:00