×
A
A
A
Sazlamalar

Gürcüstan parlamentində deputatlar arasında əlbəyaxa dava olub

Tbilisi, 15 aprel, AZƏRTAC

Gürcüstan parlamentinin hüquq komitəsinin aprelin 15- də keçirilən iclasında “Vətəndaşlar” blokunun lideri Aleko Elisaşvili ilə parlament çoxluğunun lideri Mamuka Mdinaradze arasında mübahisə yaranıb.
AZƏRTAC xəbər verir ki, mübahisə sonradan əlbəyaxa davaya keçib. A.Elisaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini deputatlara təqdim edən Mdinaradzenin əlinə sillə vurub və bundan sonra qalmaqal yaşanıb. Nəticədə iclas dayandırılıb.
Qeyd edək ki, sözügedən qanun layihəsi ilə əlaqədar Gürcüstanda ciddi siyasi qarşıdurma yaranıb. Qanunun qəbul olunmasına etiraz edən müxalifət bu gün böyük mitinq keçirəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-04-15 15:19:00