×
A
A
A
Sazlamalar

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

İstanbul, 6 may, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Qaziantep vilayətində ağır yol nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə hadisə nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralananlardan ikisinin vəziyyəti ağırdır.
AZƏRTAC xəbər verir ki, hadisə Qaziantepin İslahiye-Hatay magistral yolunda sement daşıyan yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində meydana gəlib.
Qəza yerinə çox sayda xilasedici və təcili tibbi yardım briqadası cəlb olunub.

 

 

Dünya 2024-05-06 15:55:00