×
A
A
A
Sazlamalar

Sinqapurun Baş naziri may ayında istefa verəcəyini açıqlayıb

Bakı, 15 aprel, AZƏRTAC

Sinqapurun Baş naziri Li Syanlun mayın 15-də vəzifəsini tərk edəcək. Onun yerini isə müavini Lourens Vonq tutacaq.
AZƏRTAC xəbər verir ki, Li Syanlun bu barədə özünün sosial media hesabında yazıb. O, həmçinin xalqdan yeni Baş nazirə tam dəstək verməyi və daha parlaq gələcək naminə onunla işləməyi xahiş edib.
Lourens Vonq isə öz növbəsində Baş nazir vəzifəsini icra etməkdən şərəf duyacağını vurğulayıb.
Qeyd edək ki, Li Syanlun 2004-cü ilin avqustundan Sinqapurun Baş naziridir.

Dünya 2024-04-15 14:59:00