×
A
A
A
Sazlamalar

Azərbaycanda əmək müqavilələrinin sayı artaraq 1 milyon 839 min 109-a çatıb

Bakı, 15 aprel, AZƏRTAC

2024-cü ilin ilk rübündə ölkəmizdə əmək müqavilələrinin sayı 30,3 min müqavilə və ya 1,7 faiz artaraq 1 milyon 839 min 109-a çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Son 3 ayda əməkhaqqı fondunda daha 2,9 faiz artım qeydə alınıb.
Ümumilikdə 2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib.

Cəmiyyət 2024-04-15 11:37:00