×
A
A
A
Sazlamalar

ABŞ Türkiyədən İran-İsrail gərginliyi məsələsində vasitəçi olmasını xahiş edib

Ankara, 14 aprel, AZƏRTAC

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalından İran-İsrail gərginliyi məsələsində vasitəçi olmasını xahiş edib.
AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, Uilyam Börns ilə İbrahim Kalın arasında Ramazan bayramı günlərində baş tutan telefon danışığı zamanı Yaxın Şərq regionunda artan gərginlik mövzusu müzakirə edilib.
Tərəflər Qəzza zolağında atəşkəslə bağlı da öz fikirlərini bölüşüblər. Uilyam Börnsla danışıqdan sonra MİT rəhbərinin HƏMAS təşkilatının nümayəndələri ilə müzakirə apardığı bildirilir.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2024-04-14 23:31:00