Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib
Budapeşt, 7 may, AZƏRTAC
Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkəsinin Orta Asiya ilə dostluğuna görə vaxtilə Qərb tərəfindən tənqid olunduğunu deyib.
AZƏRTAC xəbər verir ki, bu barədə o, Macarıstan və Özbəkistan Hökumətlərarası Komissiyasının iclasında bildirib.
“Biz Mərkəzi Asiyanı dost və maraqlı region kimi görürük. O vaxt bəzi qərbli həmkarlarımızın bizi tənqid etdiyini xatırlayıram. İndi isə nadir faydalı qazıntılara malik olduğunuz məlum olduqdan sonra Şərq və Qərb arasındakı tədarük marşrutlarının işə salınmasına qərar verilib. Bizi dostluğumuza görə tənqid edənlər indi özləri sizin ölkə ilə dost olmaq istəyirlər”, - deyə diplomat bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
ABŞ Çinin monitorinqi üçün Tokiodakı səfirliyinə xüsusi əməkdaşlar göndərəcək
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb
Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb