×
A
A
A
Sazlamalar

G7: İranın sabitliyi pozan təşəbbüslərinə qarşı cavab tədbirləri görməyə hazırıq

Bakı, 14 aprel, AZƏRTAC
Böyük Yeddilik Qrupu (G7) ölkələrinin liderləri İranın hücumlarından sonra İsrailə tam həmrəylik və dəstək ifadə ediblər və Tehranı sabitliyi pozan hərəkətlərini davam etdirəcəyi təqdirdə tədbir görəcəkləri ilə hədələyiblər.
AZƏRTAC TASS-a istinadla bildirir ki, bu barədə İtaliyanın sədrliyi ilə çağırılan və videokonfrans vasitəsilə keçirilən fövqəladə iclasın yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.
Sənəddə vurğulanır: “Biz İrandan və onun müvəkkillərindən hücumlarını dayandırmağı tələb edirik. Biz indiki və gələcək sabitliyi pozan təşəbbüslərə cavab olaraq əlavə tədbirlər görməyə hazırıq”.

Dünya 2024-04-14 21:32:00