×
A
A
A
Sazlamalar

Azərbaycanın xarici işlər naziri Belarusa işgüzar səfərə gedib

Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun aprelin 12-də Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Siyasət 2024-04-11 12:16:00