×
A
A
A
Sazlamalar

Abşeron rayonunda şəhid məzarları ziyarət olunub

Xırdalan, 10 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunda müqəddəs Ramazan bayramında şəhidlərimizin məzarları və şəhid ailələri ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid anası Xatirə İsmayılova və şəhid ailələri birgə İkinci Fəxri xiyabanda, o cümlədən Xırdalan şəhərindəki Şəhidlər xiyabanında uyuyan qəhrəman oğulların məzarlarını ziyarət ediblər.
Daha sonra şəhid ailələri və müharibə iştirakçıları ilə görüşən rayon icra hakimiyyətinin başçısı onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daim qayğı göstərildiyini və buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, eyni zamanda, Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları, o cümlədən icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və yerli özünüidarəetmə orqanlarının üzvləri tərəfindən rayonunun bütün kənd və qəsəbələrində I Qarabağ və Vətən müharibələri şəhidlərinin, o cümlədən müxtəlif vaxtlarda düşmənin hərbi təxribatlarının qarşısını alarkən qəhrəmanlıq göstərmiş şəhidlərimizin məzarları ziyarət olunub, şəhid ailələrinə baş çəkilərək, onların qayğıları ilə maraqlanılıb.

 

Regionlar 2024-04-10 17:49:00