Göyçayda iki ev yanıb
Göyçay, 9 aprel, Rəşad Türkoğlu, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, Göyçayda eyni anda iki evdə yanğın qeydə alınıb. Hadisə şəhərin Z.Tağıyev küçəsində 73 yaşlı Sakit Məmmədova məxsus yaşayış evində baş verib. Yanğın zamanı ümumi sahəsi 140 kvadratmetr birmərtəbəli, beşotaqlı evin iki otağı və tavanı, həmçinin digər hissələri yanıb. Yanğın zamanı alovun miqyası böyüyərək qonşuluqda yerləşən rayon sakini 68 yaşlı Nazir Məmmədovun evinə də keçib.
Alovun söndürülməsi üçün əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası qısa müddətdə digər əraziləri alovdan mühafizə etməklə yanğını söndürüblər.
Yanğının başvermə səbəbi araşdırılır.
Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib
Yağış Kürdəmirdə fəsadlar törədib
Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub
Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib