×
A
A
A
Sazlamalar

Yüksək Liqa: “Abşeron” lideri məğlub edib

Bakı, 9 aprel, AZƏRTAC

Qadın voleybolçuların Yüksək Liqasında XX tura start verilib.
AZƏRTAC xəbər verir ki, günün ilk görüşündə lider “Abşeron” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Azərreyl”lə qarşılaşıb. Matç birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 42-yə çatdıran “Abşeron” ikinci pilləyə yüksəlib. “Azərreyl” isə 48 xalla turnir cədvəlinə başçılıq edir.
Günün digər oyununda “Murov Az Terminal” “Gəncə” ilə, “Milli Aviasiya Akademiyası” isə autsayder UNEC-lə üz-üzə gələcək.

İdman 2024-04-09 18:26:00