×
A
A
A
Sazlamalar

Ağdamda Milli Qəhrəman Yelmar Edilovun xatirəsi anılıb

Ağdam, 9 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonundakı Şəhidlər Abidə Kompleksinin önündə Azərbaycanın Milli Qəhrəmanı Yelmar Edilovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri abidə önünə gül-çiçək qoyub, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə çıxış edənlər Milli Qəhrəman Yelmar Edilovun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Yelmar Edilov 1991-ci ildə Ağdamda özünümüdafiə batalyonu yaradaraq Vətənimizin erməni işğalçılarından qorunmasında fədakarlıq göstərib. 1994-cü il aprelin 11-də Çəlik-Kökəltmə məntəqəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Bakı şəhərindəki ikinci Şəhidlər xiyabanında dəfn edilib. İgid komandir Yelmar Edilov Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Regionlar 2024-04-09 17:53:00