×
A
A
A
Sazlamalar

Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq sertifikatla təltif olunublar

Bakı, 9 aprel, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları “Zəngəzurun tarixi və coğrafiyası” mövzusunda keçirilmiş II beynəlxalq elmi konfransda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda Biblioqrafiya şöbəsinin böyük elmi işçisi Aytən Əliyeva “Qədim Azərbaycan torpağı Zəngəzur” mövzusunda, həmin şöbənin kiçik elmi işçisi Sevinc Muxtarova isə “Zəngəzur: tarixi məkan, milli yaddaş” mövzusunda məruzə ilə çıxış edib və beynəlxalq sertifikatla təltif olunublar.
Konfransda Türkiyənin Mərmərə Universiteti ilə yanaşı, Azərbaycanın bir sıra ali təhsil və elmi-tədqiqat müəssisələrinin nümayəndələri iştirak ediblər.

Elm və təhsil 2024-04-09 17:33:00