Xaçmazda asfalt-beton zavodunun ərazisində yanğın olub
Xaçmaz, 9 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda asfalt-beton zavodunun ərazisində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Yeni Sudur kəndində fəaliyyət göstərən zavodun yaxınlığındakı təxminən 0,7 hektar ərazidə kol-kos və bitium tullantıları yanıb.
Hadisə yerinə Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınaraq söndürülüb.
Yanğının səbəbləri araşdırılır.
Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib
Yağış Kürdəmirdə fəsadlar törədib
Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub
Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib