×
A
A
A
Sazlamalar

Azərbaycanda keçiriləcək MDB Oyunlarında idman idarələrinin üzərinə düşən öhdəliklər müzakirə edilib

Bakı, 9 aprel, AZƏRTAC

Gənclər və idman nazirinin (GİN) müavini Mariana Vasileva nazirliyin regional gənclər və idman idarələrinin rəisləri ilə görüş keçirib.
GİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə 2024-cü ilin I rübündə Bakıda və regionlarda keçirilən idman tədbirlərinin hesabatı, 2025-ci ilə Azərbaycanda təşkil olunacaq MDB Oyunlarında idarələrin üzərinə düşən öhdəliklər müzakirə edilib.
Həmçinin “Üzməyi öyrənək” layihəsi, regionların sosial media aktivliyi, tibbi bədən tərbiyəsi dispanserlərinin fəaliyyəti və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Daha sonra püşkatma ilə hər bir region üzrə idarələrin “Dostluq” turnirini təşkil edəcəyi növlər seçilib.
Tədbirdə bunlarla yanaşı, media ilə iş, dispanserlər haqqında hesabat və digər qarşıda duran məsələlər ilə bağlı məlumat verilib.

İdman 2024-04-09 16:15:00