×
A
A
A
Sazlamalar

Ağalı və Cocuq Mərcanlı kəndlərində sakinlərə tərəvəz şitilləri paylanılıb

Zəngilan, 9 aprel, AZƏRTAC

Zəngilanın Ağalı və Cəbrayılın Cocuq Mərcanlı kəndlərində sakinlərə həyətyanı sahələrdə yetişdirmək üçün yazlıq tərəvəz şitilləri paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağalı kəndində, ümumilikdə, 100 mindən çox, Cocuq Mərcanlıda isə 94 mindən artıq şitil "GreenTech" MMC tərəfindən sakinlərə hədiyyə edilib.
Xatırladaq ki, pomidor, xiyar, bibər, qarpız, yemiş, badımcan, kahı, kələm şitilləri sözügedən şirkət tərəfindən ötən il də sakinlərə təqdim edilmişdi və bu aksiyanın davamlı olması nəzərdə tutulur.

Regionlar 2024-04-09 12:47:00