×
A
A
A
Sazlamalar

Vəkillərin IV şahmat çempionatı və “II Vəkil Kuboku” intellektual oyunu təşkil olunacaq

Bakı, 9 aprel, AZƏRTAC

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə Kollegiyadan AZƏRTAC-a məlumat verilib.
Kollegiyanın sədri Anar Bağırov iclasda çıxış edərək Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclasda gündəliyə ADA Universitetində Hacı Zeynalabdin Tağıyev adına müsabiqə çərçivəsində keçiriləcək bir qrup (5 nəfər) tələbənin “EduEmpower” layihəsində dəstək göstərilməsinə dair müraciətinə baxılıb və müvafiq maliyyə dəstəyin göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.
İclasda “Azərbaycan Vəkillərinin IV şahmat çempionatı” yarışmasının, habelə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “II Vəkil Kuboku”nun təşkil olunması məsələsinə baxılıb və müvafiq qərarlar verilib.
Bundan başqa iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, üzvlük haqqından azad olunması, vəkil kabinetinin yaradılması, o cümlədən dövlət qulluğunda olması ilə bağlı vəkillik fəaliyyəti dayandırılan vəkilin peşə fəaliyyətinin bərpa olunmasına dair müraciətinə baxılıb. Eləcə də Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.

Cəmiyyət 2024-04-09 11:45:00