×
A
A
A
Sazlamalar

Kiber üsullarla kartlardan 93 min manat talayaraq elektron hesabına köçürən şəxs saxlanılıb

Bakı, 9 aprel, AZƏRTAC

Paytaxt sakini olan bir nəfərin bank kartından 22 min 760 manat vəsait oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Emin Bəşirov saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə gətirilib.
Araşdırmalar nəticəsində saxlanılan şəxsin digər oxşar əməlləri də törətdiyi müəyyənləşdirilib. Belə ki, onun digər şəxslərin bank kartlarından müxtəlif kiber üsullarla taladığı və elektron hesabında cəmlədiyi 93 min manat maddi vəsaitin olduğu da aşkarlanıb.
E.Bəşirovun digər talama cinayətlərinin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.

Cəmiyyət 2024-04-09 11:28:00