×
A
A
A
Sazlamalar

TKTA ekspertizası aparılan ali təhsil müəssisələrinin siyahısını açıqlayacaq

Bakı, 9 aprel, AZƏRTAC

Vətəndaşlar xarici universitetlərə seçim edərkən çətinlik çəkir, yaxud da akkreditasiyası olmayan ali təhsil müəssisələrinə üz tuturlar. Bu istiqamətdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) saytında yeniliklər olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu TKTA İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirilən infosessiyada deyib.
O bildirib ki, bu günə qədər ekspertizası həyata keçirilən ali təhsil müəssisələrinin müvafiq siyahısı rəsmi saytda yerləşdiriləcək. Qurum rəsmisi siyahıda akkreditasiyası olmayan təhsil müəssisələrinin göstəricilərinin yer alacağını qeyd edib.

 

Elm və təhsil 2024-04-09 10:45:00