×
A
A
A
Sazlamalar

Tovuzda fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Bakı, 9 aprel, AZƏRTAC

Tovuz şəhəri, M.Musayev küçəsində yerləşən, hüquqi şəxs “Tovuz Taxıl” MMC-yə məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama aparılıb.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
İstehlaka yararsız ərzaq məhsullarının zərərsizləşdirilməsi üçün zəruri vasitələrin mövcud olmadığı, gigiyena qaydalarına əməl edilmədiyi, məhsulların saxlanılması üçün soyuducu və anbarlarla təmin olunmadığı, mütəmadi dezinfeksiya işlərinin aparılmadığı aşkar edilib.
Faktla bağlı müəssisənin səlahiyyətli nümayəndəsi barəsində inzibati protokol tərtib edilib, müvafiq tədbirlər görülüb.

Cəmiyyət 2024-04-09 10:27:00