×
A
A
A
Sazlamalar

Xankəndidən çoxlu sayda silah-sursat aşkarlanıb

Bakı, 9 aprel, AZƏRTAC

Xankəndidən çoxlu sayda silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 8-də Xankəndi şəhəri ərazisindən 7 avtomat silahı, 1 pulemyot, 3 tüfəng, 7 qumbara, 68 patron darağı, 1840 ədəd müxtəlif çaplı patron, 11 ədəd süngü bıçaq, 1 ədəd rabitə qurğusu və digər sursatlar aşkar olunaraq götürülüb.

Cəmiyyət 2024-04-09 09:40:00