×
A
A
A
Sazlamalar

Beyləqanda saxlanılanlardan 5 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” aşkarlanıb

Bakı, 9 aprel, AZƏRTAC

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Nizami Baxışov, Ramiz Əmrahov və Teymur Qasımov saxlanılıblar.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, onlardan 5 kiloqramdan artıq marixuana aşkarlanıb.
Bundan əlavə, keçirilən digər tədbir zamanı qanunsuz olaraq silah-sursat əldə edərək saxlayan rayon sakini Ramiz Cəfərov tutulub. Ondan 1 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd daraq və 29 ədəd patron aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

Cəmiyyət 2024-04-09 08:40:00