×
A
A
A
Sazlamalar

Magistraturaya sənəd qəbulu başa çatıb

Bakı, 9 aprel, AZƏRTAC

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılıb.
8 aprel saat 23:59-a olan məlumata əsasən, 25328 bakalavr (Azərbaycan bölməsi - 23402; rus bölməsi - 1926) ərizəsini təsdiq edib.
Xatırladaq ki, ərizə qəbulu martın 28-də başlanıb və 8 aprel saat 23:59-dək davam edib.



Elm və təhsil 2024-04-09 00:40:00