×
A
A
A
Sazlamalar

Bakıda Qələbə dairəsi istiqamətində hərəkət məhdudlaşıb və yolda sıxlıq yaranıb

 Bakı, 9 aprel, AZƏRTAC

Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, köməkçi yolda anbara daxil olan yük avtomobili texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalıb.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nəticədə Qələbə dairəsi istiqamətində hərəkət məhdudlaşıb və yolda sıxlıq yaranıb.
Nazirliyin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Hərəkətin bərpa olunması istiqamətində işlər görülür.

 

Cəmiyyət 2024-04-09 00:14:00