×
A
A
A
Sazlamalar

Polis nəfəri silahla ehtiyatsız davranması nəticəsində həyatını itirib

Bakı, 8 aprel, AZƏRTAC

Aprelin 8-də Bakıda polis nəfərinin silahla ehtiyatsız davranması onun ölümü ilə nəticələnib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə polis nəfəri Ruslan Kazımovun tabel silahını təmizləməsi zamanı baş verib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq 1988-ci il təvəllüdlü polis nəfəri R.Kazımovun həyatını xilas etmək mümkün olmayıb.



Cəmiyyət 2024-04-08 23:50:00