Bu ilin ilk Günəş tutulması başlayıb VİDEO
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 8-də 2024-cü ilin ilk Günəş tutulması başlayıb.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından AZƏRTAC-a bildirilib ki, bu hadisə tam Günəş tutulmasıdır. Tutulma hadisəsi aprelin 8-də Bakı vaxtı ilə saat 19:42-də başlayıb və aprelin 9-u saat 00:52-də sona çatacaq. Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə davam edəcək. Tam tutulma prosesi 3 saat 16 dəqiqə 45 saniyə davam edəcək.
Tam tutulmanı Meksikadan, ABŞ və Kanadadan izləmək olacaq. Qismən tutulma isə Şimali Amerikanın, demək olar ki, hər yerindən, Atlantik və Sakit okeandan görünəcək.
Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğu üçün bu hadisə müşahidə edilməyəcək.
BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub
“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans
İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib
Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb